Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda iki nəfəri bıçaqlayan Kürdəmir sakini saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də İlqar Tağıyevə və Musa Xudapirimova bıçaqla xəsarət yetirmiş Kürdəmir rayon sakini Ramin Baxçiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.