Azərbayanda bu il aşkarlanan narkomanların sayı açıqlanıb

Azərbayanda bu il aşkarlanan narkomanların sayı açıqlanıb
# 16 oktyabr 2015 15:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib, onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında əksini tapıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 24.925 nəfər keçib. Onlardan 554 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Bununla yanaşı, cari ilin 9 ayı ərzində 2 min 157 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 1016 nəfəri “Alkoqol qəbul nəticəsində psixi və davranış pozuntuları”, 933 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları”, 208 nəfəri isə digər diaqnozlarla müalicəyə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR