İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsinin 18-ci geniş iclası keçirilib

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsinin 18-ci geniş iclası keçirilib
# 12 oktyabr 2015 14:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Oktyabrın 7-dək 9-dək Fransanın Paris şəhərində İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin 18-ci geniş iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ölkəmizi həmin qurum üzrə milli koordinator - Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev təmsil edib. İclasda quruma daxil olan ölkələrin III dəyərləndirmə raundu üzrə dövrü hesabatları dinlənilib, 2016-2019-cu illər üçün nəzərdə tutulmuş IV raund dəyərləndirmənin metodologiyası və iş planı üzrə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən K.Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı və cinayət təqibi, habelə bu istiqamətdə görülmüş qanunvericilik və institusional tədbirlər barədə məlumat verib.

Azərbaycan üzrə hesabat dinlənildikdən sonra çıxışlar zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər yüksək qiymətləndirilib, xüsusən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti təqdirəlayiq hesab edilib və Baş İdarə OECD tərəfindən hazırlanmış dünya üzrə qabaqcıl antikorrupsiya qurumlarının siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR