Kaladze: "Yaxın gələcəkdə Gürcüstan özünü elektrik enerjisi ilə tam təmin edəcək"

Kaladze: "Yaxın gələcəkdə Gürcüstan özünü elektrik enerjisi ilə tam təmin edəcək"
# 09 mart 2016 10:49 (UTC +04:00)

Bakı - APA-Economics. "Yaxın gələcəkdə Gürcüstan özünü tam olaraq elektrik enerjisi ilə təmin edəcək".

"APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib.

"Təəssüflər olsun ki, indiki mərhələdə bu sahədə Gürcüstan müəyyən dərəcədə qonşu ölkələrdən asılı vəziyyətdədir. Xüsusilə tələbatın qış aylarında biz daha sərfəli qiymət təklif edən qonşu ölkələrdən elektrik enerjisi almaq məcburiyyətindəyik. Söhbət Azərbaycan, Rusiya, Türkiyə, Ermənistandan gedir. Lakin yaxın gələcəkdə biz bu baxımdan tamamilə müstəqil ola bilərik", - deyə K. Kaladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR