Azər Kərimli Əlibəylidə seçicilərlə görüşüb - FOTOSESSİYA

Azər Kərimli Əlibəylidə seçicilərlə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 20 oktyabr 2015 10:17 (UTC +04:00)

Kənd sakinləri deputatlığa namizəd haqqında təxribat xarakterli məlumat yayanların cəzalandırılmasını tələb ediblər

Azər Kərimli: “Mənə göstərdiyiniz diqqət və verdiyiniz dəstək haqqımda yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır”

Bakı-APA. 112 saylı Qax seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Namizədin seçki qərargahından APA-ya verilən məlumata görə, deputatlığa namizəd oktyabrın 18-də rayonun Ağçay kəndində görüş keçirib. Bazar günü olmasına baxmayaraq kənd sakinləri fəallıqları ilə seçiliblər. Ağçay seçiciləri son 5 il ərzində Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını və onu dəstəkləyəcəklərini bildiriblər.

Azər Kərimlinin seçicilərlə növbəti görüşü oktyabrın 19-da Zəyəm kəndinə baş tutub. Burada da seçicilər fəallıq nümayiş etdiriblər. Çıxış edənlər Azər Kərimlinin fəaliyyətinə müsbət yanaşdıqlarını, ona səs verəcəklərini deyiblər.

Deputatlığa namizədin ən maraqlı görüşlərindən biri də gürcü əsilli Azərbaycan vətəndaşlarının sıx yaşadığı Əlibəyli kəndində keçirilib. Azər Kərimlini xüsusi ehtiramla və qonaqpərvərliklə qarşılayan kənd sakinləri onun haqqında yayılan təxribat xarakterli sifarişli məlumatlardan hiddətləndiklərini, bu məlumatları eyni zamanda Əlibəyli kəndinin yüksək insani keyfiyyətlərə malik, qonaqpərvər sakinlərinin təhqir olunması kimi qiymətləndirdiklərini bildiriblər. Kənd sakinləri belə təxribat xarakterli, əsassız məlumatları yayanların cəzalandırılması üçün hüquqi addımların atılmasını tələb ediblər. Əlibəyli kəndinin seçiciləri öz çıxışları zamanı Azər Kərimlinin fəaliyyətindən razı qaldıqlarını, onun kəndin problemlərinə hər zaman diqqətlə yanaşdığını qeyd ediblər. Azər Kərimlinin kənddə artezian quyusunun qazılmasına göstərdiyi dəstək, Əlibəylini sel basdığı zaman Azər Kərimlinin dərhal kəndə gəldiyini, onlarla bərabər, lilin, palçığın içində evlərə baxış keçirdiyini, çətin anlarda seçicilərini heç vaxt tək buraxmadığını vurğulayıblar. Azər Kərimli Əlibəyli seçicilərinə öz təşəkkürünü bildirib və qeyd edib ki, ona göstərilən diqqət və verilən dəstək haqqında yayılan təxribat xarakterli məlumatlara ən gözəl cavabdır.

Görüşdən sonra kənd ağsaqqalı Elisto Asamazaşvili Azər Kərimlini və onun səlahiyyətli nümayəndəsini evinə qonaq dəvət edib. Asamazaşvilinin evində deputatlığa namizədi gürcü ənənəsi ilə qarşılayıblar. Azər Kərimli Əlibəyli kəndinin Azərbaycanın multukultral ənənələrini yaşadan önəmli məkanlardan biri olduğunu, ölkəmizin və onun ayrılmaz bir parçası olan Qax rayonunun milli və dini tolerantlıq sahəsində dünyaya nümunə olmasından qürur duyduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR