Azad Rəhimov Masallıda vətəndaşlarla görüşəcək

Azad Rəhimov Masallıda vətəndaşlarla görüşəcək
# 12 oktyabr 2015 13:08 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 16-da Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbul saat 11.00-da Masallı rayon Gənclər Mərkəzində baş tutacaq.

Qəbula yazılmaq arzusunda olan vətəndaşlar 10-15 oktyabr tarixləri arası saat 9.00-dan 18.00-dək adı qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR