Seçkilərin müşahidə üzrə Avropa Akademiyası: Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib

Seçkilərin müşahidə üzrə Avropa Akademiyası: Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib
# 02 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Nizam Rzayev - APA. Seçkilərin müşahidə üzrə Avropa Akademiyasının üzvlərindən ibarət seçki monitorinq qrupu Azərbaycanda parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən qrupun rəhbəri, Avstriya parlamentinin vitse-prezidenti Volfqanq Qrossruk 5 il əvvəl də Azərbaycanda keçirilən parlament seçkilərini izlədiyini bildirib.

O, Azərbaycanda stabilliyin olduğunu, bunun getdikcə inkişaf etdiyi vurğulayıb: “Avropa müşahidəçiləri seçkiyə bir neçə gün qalmış gəldiyinə görə təbliğat-təşviqat prosesi barədə ətraflı rəy verə bilməz. Səsverməyə gəldikdə isə proses çox gizli keçirildi. Əlillər üçün xüsusi qutular da nəzərdə tutulmuşdu. 500-dən artıq veb-kameranın quraşdırıldığını müşahidə etdik. Ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirildi. Bəzi məntəqələrdə cüzi texniki problemlər qeydə alındı. Məsələn, ucqar bölgələrdə seçki məntəqələri üçün ayılmış yerlər kifayət qədər rahat deyildi. Bəzi məntəqələrdə müşahidəçilər bir qədər uzaqda yerləşdirilmişdilər. Bəzi məntəqələrdə isə seçkilər bir neçə mərtəbədə təşkil olunmuşdu. Səslərin sayılması kifayət qədər şəffaf keçirildi və hər hansı problem yaşanmadı”.

Nümayəndə heyətinin rəhbəri ATƏT-in Azərbaycana müşahidəçi missiyasını göndərməməsinə də münasibət bildirib. O qeyd edib ki, onlar ATƏT-ə Azərbaycana müşahidəçilər göndərməyi təklif ediblər. Lakin qurum müxtəlif səbəblər gətirərək, xüsusilə Türkiyədə keçirilən seçkilər əsas göstərərək Azərbaycana heyət göndərməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR