Ağstafa rayonuna yeni polis rəisi təyin olunub

Ağstafa rayonuna yeni polis rəisi təyin olunub
# 11 iyul 2016 14:05 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa Rayon Polis Şəbəsinə (RPŞ) yeni rəis təyin olunub.

RPŞ-dən APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən RPŞ-nin rəisi, polis polkovniki Elsevər Aslanov vəzifəsindən azad edilərək Ağstafa RPŞ-nin rəisi təyin edilib.

Daşkəsən rayonuna isə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Ağstafa RPŞ-nin rəisi, polis polkovniki Yaşar Nuriyev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Xətt polisinə rəis təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR