Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Sumqayıtda mənzildən kişi meyiti tapılıb
# 28 oktyabr 2015 11:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1953-cü il təvəllüdlü Yusifov Musa Nuru oğlunun cəsədini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR