Azərbaycan İnvestisiya Şirkəti "Holcim Azərbaycan"dakı payını satıb

Azərbaycan İnvestisiya Şirkəti "Holcim Azərbaycan"dakı payını satıb
# 25 fevral 2016 09:10 (UTC +04:00)

Bakı - APA-Economics. "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) sement istehsalçısı olan "Holcim Azərbaycan" ASC-dəki payını satıb.

"APA-Economics" xəbər verir ki, AİŞ ASC-də 10%-lik paya sahib idi.

Ötən ilin noyabrın 18-də AİŞ payını “Holcim Auslandbeteiligungs Gmbh” şirkətinə sataraq layihədə iştirakına xitam verib.

Əqdin dəyəri açıqlanmır.

Qeyd edək ki, 10 iyul 2012-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Holcim Azərbaycan” ASC-nin yeni sement zavodu istismara verilib. Bu layihənin icrası nəticəsində klinker istehsalı 0,8 mln. tondan 1,2 mln. tona, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılıb. Ekoloji baxımdan daha səmərəli yeni texnologiyanın tətbiqi nəticəsində daha az yanacaq və enerji (təqribən 50% az) sərf edilir ki, bu da ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR