Azərbaycanda maqnitudası 3-4-dən artıq olan zəlzələ gözlənilmir

Azərbaycanda maqnitudası 3-4-dən artıq olan zəlzələ gözlənilmir
# 16 noyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Oktyabr ayının sonuna ölkə ərazində formalaşmış seysmogeodnamik şəraitin təhlilinə istinadən əsasən Şəki-Oğuz və Mərkəzi Xəzər seysmogen zonaları, qismən isə Şamaxı seysmoaktiv zonasının cənub-şərq kəsimi potensial seysmik risk zonası olaraq proqnozlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülletenində bildirilib.

Bildirilib ki, hər üç zonada klassik yerli zəlzələlərin baş vermə ehtimalı nisbətən yüksək sayıla bilər.

Qeyd olunub ki, geodinamik gərginliyin mövcud qiymətləri kritik olmadığından belə seysmik hadisələrin maqnitudası 3-4-dən artıq proqnozlaşdırılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR