Kürdəmirdə avtomobilində yanan şəxs xəstəxanada ölüb

Kürdəmirdə avtomobilində yanan şəxs xəstəxanada ölüb
# 04 iyul 2016 09:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Kürdəmirdə avtomobilində yanan şəxs xəstəxanada ölüb.

APA-nın məlumatına görə, iyulun 3-də Kürdəmirin Atakişi kəndi ərazisində, Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Qaraşova məxsus “VAZ-2106” markalı avtomobildə yanğın baş verib. Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ə.Qaraşov orada ölüb.

Qeyd edək ki, hadisə iyulun 3-də saat 16:00 radələrində Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Əli Həsən oğlu Qaraşov idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə İmişli rayon istiqamətində hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsində güclü yanğın baş verib. Qısa müddətdə yanğın bütün maşını əhatə edib. Nəticədə ağır yanıq xəsarəti alan sürücü ilə bərabər maşın və yol kənarında 3 kvadratmetr otluq ərazi yanıb. Ə. Qaraşov yanıq xəsarəti ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə Bakıya göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR