Müsavat seçkilərdə iştirakla bağlı Divanın növbədənkənar iclasını çağırıb

Müsavat seçkilərdə iştirakla bağlı Divanın növbədənkənar iclasını çağırıb
# 06 oktyabr 2015 11:59 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Parlament seçkilərini boykot etmək çıxış yolu deyil".

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib.

Müsavat başqanının sözlərinə görə, seçkilərin boykot edilməsi onu göstərir ki, müxalifət yoxdur və kənara çəkilib: "Seçkilərdə iştirak isə bir daha sübut edir ki, müxalifət var, mübarizə aparır. Hazırkı proses bir daha göstərdi ki, Müsavatın seçkilərdə iştirak etmək barədə qərarı düzgündür".

A. Hacılı indiyədək partiyanın 12 üzvünün deputatlığa namizədliyinin qeydə alındığını deyib: "12 nəfərin namizədliyi isə qeyri-qanuni olaraq qeydə alınmayıb. Seçki dairəsinin əksəriyyətində imzaları toplamışıq".

A. Hacılı əlavə edib ki, Müsavatın parlament seçkilərindən imtina etməsi də istisna olunmur: "Biz oktyabrın 10-da Müsavat Divanın növbədənkənar toplantısında parlament seçkilərində iştirakla bağlı yekun qərarımızı açıqlayacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR