Əhməd Davudoğlu: “Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib”

Əhməd Davudoğlu: “Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib”
# 08 oktyabr 2015 00:22 (UTC +04:00)

Bakı-APA. Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.

APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil. Milli təhlükəsizliyimizə hörmət göstərilməsini gözləyirik. Bizim hava məkanımızı kimsə poza bilməz”, deyə Ə.Davudoğlu bildirib.

O əlavə edib ki, Suriya münaqişəsi regional və qlobal bir problemə çevrilib: “Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Hər halda diplomatik təmaslarımız davam edir, biz müharibənin bir hissəsi olmaq istəmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR