"3-cü mikrorayon bazarı"nın qarşısındakı parklanma yeri ləğv edilib

"3-cü mikrorayon bazarı"nın qarşısındakı parklanma yeri ləğv edilib
# 02 dekabr 2015 14:15 (UTC +04:00)

"Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, parklanma yerinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə həyata keçirilib. Əraziyə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq üçün giriş hissəyə beton maneə də qoyulub.

Bu cür addımların parklanma yeri kimi hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Bundan başqa yol ötürücülərinin (avtomobil körpülərinin) alt hissəsində də mövcud olan parklanma yerlərinin ləğvi planlaşdırılır. Çünki bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR