SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb
# 08 oktyabr 2015 10:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin sentyabr ayında dövlət büdcəsinə 136,487 mln. manat vəsait ödəyib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin sentyabr ayı ilə müqayisədə 9,627 mln. manat və ya 6,59% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd. 135,245 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 277,612 mln. manat və 19,65% azdır.

Bundan başqa, bu ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,788 mln. manat vəsait köçürüb. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu göstərici 144 min manat və ya 1,23% çox olub.

Ümumiyyətlə, bu ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 104,223 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,324 mln. manat və ya 3,09% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR