Bakıda oğurluqda şübhəli bilinən şəxs həbs edilib

Bakıda oğurluqda şübhəli bilinən şəxs həbs edilib
# 14 oktyabr 2015 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 29-a keçən gecə Buzovna qəsəbə sakini Kamran Əliyevə məxsus mağazadan, qapının şüşəsi sındırılmaqla pul, tütün məmulatları, ətir və şampunlar oğurlamaqda şüihəli bilinən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Mirvaqif Məmmədzadə tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR