Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 May
# 31 may 2016 18:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Baş verən hadisələr bir daha sübut edir ki, Kremlin NATO-ya qarşı reaksiyaları deyinməkdən o tərəfə keçmir. Alyans ciddi şəkildə Şərqi Avropada və Baltikyanı ölkələrdə genişlənməkdə və güclənməkdə israrlıdır.

Qərb bu prosesi yalnız hərbi istiqamətdə aparmır. Ukrayna hadisələri və özəlliklə Krımın ilhaqından sonra Moskvaya qarşı tətbiq edilən sanksiyalar paralel olaraq Rusiyanın iqtisadi cəhətdən də çökdürülməsini nəzərdə tutub.

Uzun müddət Avropanın əsas yanacaq təminatçısı olan Rusiya artıq bu mövqeyini də itirməyə doğru gedir. ABŞ-ın qitəyə sıxılmış maye qaz ixrac etməsi Avropa ölkələrinin "Qazprom"a olan ehtiyacının kifayət qədər azaldılmasına hesablanan bir addım idi. Rusiyanın əsas qaz müştərilərindən olan Polşanın adı çəkilən Rusiya şirkəti ilə imzalanan müqaviləni uzatmamaq qərarı bu planın da reallığa çevrilməsinin ilk siqnalı kimi dəyərləndirilə bilər...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR