Bakıda Estoniyanın Müstəqillik Günü ilə bağlı tədbir təşkil edilib

Bakıda Estoniyanın Müstəqillik Günü ilə bağlı tədbir təşkil edilib
# 25 fevral 2016 23:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bakıda Estoniyanın Müstəqillik Günü ilə bağlı ilk dəfə tədbir təşkil edilib. APA-nın məlumatına görə, bu məqsədlə Estoniyanın paytaxtı Tallin şəhərindən "Vanalinna Segakor" adlı qarışıq xor qrupu Bakıya gəlib. Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında konsert proqramı təşkil olunub. Konsert proqramına Azərbaycanın millət vəkilləri, mədəniyyət xadimləri və xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik nümayəndələri qatılıb. Konsertin açılışında çıxış edən Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik 1918-ci il 24 fevral tarixində ölkəsinin müstəqillik elan etdiyini bildirib. O ölkəsi üçün çox əlamətdar olan bu günü Azərbaycanda ilk dəfə qeyd olunduğunu bildirib.

Daha sonra konsert proqramı başlayıb. Əvvəlcə Kristel Aer orqanda musiqi ifa edib. Ardınca "Vanalinna Segakor" xor qrupu səhnəyə çıxıb. Onlar məşhur bəstəkarların əsərlərini ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR