Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Sabah Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
# 17 yanvar 2016 12:38 (UTC +04:00)

Bakı-APA. Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR