Bakıda 20 yaşlı qız tərəfindən bıçaqlanan şəxs ölüb

Bakıda 20 yaşlı qız tərəfindən bıçaqlanan şəxs ölüb
# 13 oktyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qız tərəfindən bıçaqlanan şəxs ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub.

Anar Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR