Hərbi qulluqçuların və məhbusların siyahılarının dəqiqləşdirilməsinə ayrılan müddət başa çatıb

Hərbi qulluqçuların və məhbusların siyahılarının dəqiqləşdirilməsinə ayrılan müddət başa çatıb
# 11 oktyabr 2015 21:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalmış hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarını dəqiqləşdirməlidirlər.

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar bu proses oktyabrın 12-dək başa çatdırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR