Metroda oğurluq edən şəxs tutulub

Metroda oğurluq edən şəxs tutulub
# 26 noyabr 2015 10:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Metroda oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 25-də metronun 28 May stansiyasında Abşeron rayon sakini Sevinc Həmidovanın cibindən mobil telefon oğurlanıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi, əvvəllər məhkum olunmuş İlkin Əhmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR