Kəbədə kran faciəsi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Kəbədə kran faciəsi - <span style="color: red;">EKSKLÜZİV GÖRÜNTÜLƏR
# 12 sentyabr 2015 08:31 (UTC +04:00)

Kəbədə qaldırıcı kranın zəvvarların üzərinə düşməsi nəticəsində ölən və xəsarət alanların sayı artmaqdadır. APA TV-nin Kəbədə olan əməkdaşı Jalə Məmmədli hadisə baş verən anın görüntüyə almağa müvəffəq olub. Görüntülərdə kranın aşmasından sonra baş verənlər yer alıb.

Əməkdaşımızın verdiyi məlumata görə, hadisədən sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi üçün əraziyə çoxlu təcili tibbi yardım maşınları gəlib. Yaralılar maşınlarla ən yaxın xəstəxanalara daşınıb. Zərərçəkənlərin xəstəxanalara aparılması üçün Kəbə ətrafında bütün yollar bağlanıb. Bu səbəbdən Ümrə ziyarətində olan zəvvarların otellərə qayıtmasında ciddi problemlər yaranıb. Bir çox zəvvarlar yalnız bu gün səhər saatlarında Kəbədən geri qayıtmağa müvəffəq olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR