Vurulan Rusiya təyyarəsinin pilotlarından birinin türkmənlərin əlində olduğu xəbəri yayılıb

Vurulan Rusiya təyyarəsinin pilotlarından birinin türkmənlərin əlində olduğu xəbəri yayılıb
# 24 noyabr 2015 10:36 (UTC +04:00)

APA-nın məlumatına görə, “CNN Türk”ün Türkiyə-Suriya sərhədindəki Hatay vilayətindəki müxbiri Xədicə Dəmircan 2 rus pilotdan birinin tapıldığını və Bayırbucak bölgəsində türkmənlərin əlində olduğunu bildirib. Rusiya hərbi helikopterləri hazırda pilotları tapmaq üçün həmin bölgə üzərində uçuşlar həyata keçirir.

Xatırladaq ki, Suriyada türkmənlərin yaşadığı Bayırbucak bölgəsində Suriya ordusu ilə yerli türkmən silahlı qrupları arasında döyüşlər gedir. Rusiya hərbi aviasiyası hücuma keçən Əsəd ordusuna havadan dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR