Tanınmış türkiyəli aktyor Atalay Dəmirçi saxlanılıb

Tanınmış türkiyəli aktyor Atalay Dəmirçi saxlanılıb
# 05 avqust 2016 15:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tanınmış türkiyəli aktyor Atalay Dəmirçi saxlanılıb. APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, aktyor Ankarada Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. A. Dəmirçi FETÖ-ya yaxın olmaqda şübhəli bilinir.

Bir müddət əvvəl “Twitter” hesabı ələ keçirilən A. Dəmirçinin Hakan Şükür və Enes Kanter ilə söhbətləri üzə çıxmışdı.

Bundan sonra açıqlama verən aktyor qeyd etmişdi ki, keçmişinin Fətullah Gülənin rəhbərlik etdiyi cəmiyyətə bağlı olmasının peşmançılığını yaşayır və hazırda sözügedən təşkilatla heç bir bağlılığı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR