Magistraturanın boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb

Magistraturanın boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb
# 16 avqust 2016 11:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gündən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların daxil olduqları təhsil müəssisəsində qeydiyyatı başlayıb.

TQDK-dan APA-ya verilən məlumata görə, bakalavrlar avqustun 16-dan 25-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidirlər.

2016-cı ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR