Azərbaycandakı BOKT-lardan biri dollar və manatla istiqraz buraxır

Azərbaycandakı BOKT-lardan biri dollar və manatla istiqraz buraxır
# 02 fevral 2016 12:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Viza Kredit” BOKT MMC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 000 ABŞ dolları təşkil edir.

İstiqrazların tədavül müddəti 1095 gün, faiz dərəcəsi 12%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

Yeri gəlmişkən, QKDK tərəfindən “Viza Kredit”in bir istiqrazın nominal dəyəri 1000 manat, yerləşdiriləcək istiqrazların sayı 90 ədəd, ümumi həcmi 90 000 manat olan faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti də qeydə alınıb.

İstiqrazların tədavül müddəti 1095 gün, faiz dərəcəsi 12%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

Hər iki yerləşdirmədə anderrayter qismində “Kapital Menecment” MMC çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR