Azərbaycanda 1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
# 09 oktyabr 2015 14:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda indiyədək 1240 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.


APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov açıqlayıb.

Deputatlığa namizədliyi qeydə alınanlardan 275 nəfərin namizədliyi 15 partiyalar tərəfindən, 19 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 944 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

M. Pənahov indiyə qədər ölkə üzrə 12 minə qədər müşahidəçinin qeydə alındığını, 166 müşahidəçinin isə MSK-da qeydiyyatdan keçdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR