Tərtər. Ziya Əmirxanlı – APA. Erməni silahlı bölmələri ötən gecə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənd sakini Feyruz Qarayevə məxsus evin dam örtüyü, divarları və pəncələri güllələrin hədəfi olub.
Bu zaman ev sahibləri yuxuda olduğundan xəsarət alan olmayıb.