Prokuror qətldə təqsirləndirilən şəxsə 20 il cəza istəyib

Prokuror qətldə təqsirləndirilən şəxsə 20 il cəza istəyib
# 19 sentyabr 2016 16:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonunda baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətlər olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğu aşkarlanıb. F. Qədimov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb. O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR