Qırğızıstanda hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən şəxslər həbs olunub

Qırğızıstanda hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən şəxslər həbs olunub
# 26 mart 2016 21:07 (UTC +04:00)

Bakı-APA. Qırğızıstan məhkəməsi hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən ölkədəki müxalifət hərəkatının iki liderini həbs edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTDK) mətbuat-xidmətindən bildirilib.

Saxlanılan şəxslər – Kumanıçbek Kadırov və Calal-Abad vilayətinin sabiq qubernatoru Bektur Asanovdur. Qeyd edək ki, bundan əvvəl qeyd olunan şəxslər arasında keçirilmiş telefon danışığının yazısı “YouTube” video portalında yerləşdirilib. Çarxda Kumanıçbek Kadırov və Bektur Asanovun olduğu hesab edilən şəxslərin hakimiyyəti ələ keçirmək planları barədə danışıqları əks olunub.

Xüsusi xidmət orqanlarının keçirdiyi ekspertiza qeyd olunan yazının orijinal olduğunu müəyyən edib. Lakin müxalifət liderləri yazıların cəfəngiyat və saxta olduğunu iddia edirlər.

Saxlanılan şəxslər barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR