Azərbaycanda ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişlənir

Azərbaycanda ƏDV-dən azad edilən xidmətlərin siyahısı genişlənir
# 21 sentyabr 2016 12:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda əlavə dəyər vergisindən (ƏDV) azad edilən xidmətlərin siyahısı genişləndirilir.

"APA-Economics" xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətinə görə ƏDV tutulmayacaq.


Qeyd edək ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Məcəllənin 165.1.4-cü maddəsində dəqiqləşdirilmə aparılmaqla tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidmətlərindən ƏDV-nin 0 dərəcə ilə tutulması məqsədi ilə hazırlanıb.

Xatırladaq ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR