Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradılıb

Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradılıb
# 05 sentyabr 2016 10:22 (UTC +04:00)

Bakı – APA. Makedoniya parlamentinin deputatı Enes İbrahim və azərbaycanlı jurnalist Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar.

Bu barədə APA-ya Elnur Eltürk məlumat verib.



O, cəmiyyətin yaranması zərurətindən söz açıb: "Dünyanın müxtəlif yerlərində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Düşünürəm ki, Makedoniya ilə dostluq cəmiyyətinin yaranması haqq səsimizin dünyada eşidilməsinə böyük təsir göstərər. Makedoniyada da bildiyim qədər iki ölkə arasında əlaqələri gücləndirəcək cəmiyyət yoxdur. Bəlkə də var və bu barədə heç nə eşitməmişəm”.

E. Eltürk qeyd edib ki, yeni yaradılan qurum Makedoniya-Azərbaycan münasibətlərinin güclənməsinə öz töhfəsini verə bilər: “Cəmiyyətin sədri Makedoniya parlamentinin deputatı, tanınmış siyasətçi Enes İbrahimdir. Enes bəy dəfələrlə Azərbaycanda olub və bölgəni yaxşı bilir. Üstəlik, Qarabağla bağlı Makedoniyada bir sıra fəaliyyətləri olub. O, Makedoniyada gənc və dinamik siyasətçi imici qazanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR