BMT: İranın nüvə proqramına dair görüş yanvarın 16-da Vyanada keçiriləcək

BMT: İranın nüvə proqramına dair görüş yanvarın 16-da Vyanada keçiriləcək
# 15 yanvar 2016 20:55 (UTC +04:00)

Bakı-APA. İranın nüvə proqramına dair görüş yanvarın 16-da Vyanada keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bildiyimə görə, İranla bağlı görüş sabah Vyanada baş tutacaq. Lakin danışıqlarda hansı ölkə nümayəndələrinin iştirak edəcəyi barədə məlumatım yoxdur”, deyə BMT rəsmisi qeyd edib.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerrinin Vyanaya yola düşməsi barədə məlumat yayılıb. ABŞ diplomatik mənbələrindən bildirilib ki, son günlər ərzində dövlət katibinin Cenevrə səfərinə hazırlıq görülsə də, o, son an Vyana yollanıb.

Qeyd edək ki, İranın nüvə proqramına dair görüşün yanvarın 16-da Cenevrədə keçiriləcəyi planlaşdırılırdı. Danışıqlarda Avropa İttifaqı, ABŞ və İran diplomatiya rəhbərlərinin iştirak edəcəyi gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR