Putin və Poroşenko arasında telefon danışığı olub

Putin və Poroşenko arasında telefon danışığı olub
# 18 aprel 2016 22:30 (UTC +04:00)

Bakı-APA. Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub.

APA - nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Vladimir Putinlə Pyotr Poroşenko Ukraynadakı vəziyyəti və böhranın həlli yollarını müzakirə ediblər. “Söhbət zamanı Nadejda Savçenko, eləcə də Rusiya vətəndaşları Aleksandrov və Yerofeyev ilə bağlı məsələyə də toxunulub. Ukraynanın Rostovdakı konsulu yaxın günlərdə Savçenko ilə görüşəcək”, deyə D.Peskov bildirib.

Qeyd edək ki, martın 22-də Rostov vilayət məhkəməsi Ukrayna vətəndaşı N.Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum edib, aprelin 18-də isə Kiyev məhkəməsinin qərarı ilə Rusiya vətəndaşları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov 14 il müddətinə həbs olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR