SOCAR-ın 4200-dən artıq işçisi mənzil uçotuna dayanıb

SOCAR-ın 4200-dən artıq işçisi mənzil uçotuna dayanıb
# 21 sentyabr 2015 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR üzrə mənzil uçotunda hazırda 4 244 işçi dayanır ki, onların da 3802 nəfəri Bakı şəhərini əhatə edir".

"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev "Azərbaycan" rəsmi KİV-lərdə dərc olunan məqaləsində bildirib.

R. Abdullayev bildirib ki, ötən illərdə 660 neftçiyə pulsuz ev verilib, daha 1 259 nəfər isə növbədə olan əməkdaşların qısa müddətdə yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaradılmış "Neftçi" Mənzil Tikinti Kooperativi vasitəsilə mənzil alıb: “Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Ötən il bu sahədə böyük həcmdə iş görülüb. "Azəriqaz" və "Azərikimya" İstehsalat birliklərinin yerli istismar sahələri, sexləri üçün inzibati binalar tikilərək müasir avadanlıq və ofis mebelləri ilə təchiz olunub, köhnə binalarda əsaslı və cari təmir işləri aparılıb, yeməkxanalar yaradılıb. Artıq dənizdəki özüllərdə, mədənlərdə yaşayış bloklarında növbə ilə çalışan işçilərin istirahəti üçün hər cür şərait var”.

SOCAR prezidenti vurğulayıb ki, bioloji sutəmizləmə qurğularının sayı əhəmiyyətli dərəcədə artıb: "Çilov adasında anbarlar tikilməklə sakinlərin içməli suya tələbatı ödənilib. Əsasən neftçilərin yaşadığı adada sosialyönümlü tədbirlər bundan sonra da davam etdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR