Obama İordaniya kralı ilə qeyri-rəsmi görüş keçirib

Obama İordaniya kralı ilə qeyri-rəsmi görüş keçirib
# 13 yanvar 2016 20:08 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hərbi-Hava Qüvvələrinə məxsus hərbi bazada prezident Barak Obama və İordaniya kralı II Abdulla arasında qeyri-rəsmi görüş olub.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

Onun sözlərinə görə, qısamüddətli görüş aviabazanın terminalında keçirilib. Söhbətin təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR