“NBCBank”ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb - RƏSMİ - YENİLƏNİB

“NBCBank”ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb - <span style="color: red;">RƏSMİ  - <span style="color: red;">YENİLƏNİB
# 02 fevral 2016 16:14 (UTC +04:00)

Bakı - APA-Economics. “NBCBank” ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan bildirilib.

Məlumatda qeyd olunur ki, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.

"Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanılıb. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.

Onu da bildiririk ki, konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.

***

saat 16.47

Bakı - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBCBank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın rəsmi Facebook səhifəsində yayılan xəbərdə deyilir.

"NBCBank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən "NBCBank" ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaq", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR