Latviyanın rifah naziri Bakıya gəlir

Latviyanın rifah naziri Bakıya gəlir
# 01 dekabr 2015 12:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dekabrın 3-də Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olacaq.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, səfərdə məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulur.

Nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR