"İnterAz Media and Broadcasting Company" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib

"İnterAz Media and Broadcasting Company" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib
# 14 oktyabr 2015 07:26 (UTC +04:00)

Bakı - APA. "İnterAz Media and Broadcasting Company" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib.

APA-nın xəbərinə görə, şirkət oktyabrın 5-də qeydiyyata alınıb.


MMC-nin nizamnamə kapitalı 10 manatdır, şirkətin qanuni təmsilçisi Dadaşov Rəşad Süleyman oğludur.

Xatırladaq ki, sentyabr ayının 21-də Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir sıra KİV-in, o cümlədən "İnterAz" televiziya kanalının ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərdiyini bildirib.

Ə. Həsənovun səsləndirdiyi fikirlərə "İnterAz" da münasibət bildirib. Televiziyadan APA-ya daxil olan bəyanatda bildirilib ki, "İnterAz" Azərbaycanda qeydiyyatdan keçmiş “SalamPress Nəşriyyat Evi” MMC ilə mövcud rəsmi tərəfdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərir: “Telekanalın fəaliyyətinə “SalamPress” şirkəti məsuliyyət daşıyır. Əli Həsənovun iradlarını nəzərə alaraq, media üzrə hüquq mütəxəssisləri ilə məsləhətləşdikdən sonra "İnterAz" televiziya kanalının Bakı nümayəndəliyinin qeydiyyatdan keçməsi məsələsinə bir daha aydınlıq gətiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR