Azərbaycan və Rusiya baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya baş nazirləri arasında telefon danışığı olub
# 06 aprel 2016 20:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın baş naziri Artur Rasizadə və Rusiya baş naziri Dmitri Medvedev arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

“Tərəflər D.Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq görüşünü müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə görüşlərdə iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu daxil olmaqla geniş spektrdə məsələlərə baxılacaq”, məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR