Allahşükür Paşazadə Los-Ancelesin yəhudi icmasının nümayəndə heyəti ilə görüşüb - FOTO

Allahşükür Paşazadə Los-Ancelesin yəhudi icmasının nümayəndə heyəti ilə görüşüb - <span style="color: red;">FOTO
# 03 noyabr 2015 14:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles yəhudi icmasının nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, A. Paşazadə deyib ki, Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. O qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və sabitlik şəraitində birgə yaşayırlar: “Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dini sahəyə xüsusi diqqət ayrıldı, dövlət vəsaiti hesabına məscidlər, sinaqoqlar, kilsələr yenidən quruldu. Bizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər səmavi dinlər arasında heç vaxt təfriqə olmayıb. Bu, dövlətin nail olduğu uğurdur”.

Nümayəndə heyətinin rəhbəri Devid Volpen Azərbaycanda dini sahədə vəziyyəti yüksək qiymətləndirib. O, təmsil etdiyi icmanın Azərbaycanla daha yaxşı münasibətlər qurmaq niyyətində olduğunu bildirib: “Siz tədbirdən əvvəl bizə təklikdə dediniz ki, Sizinlə dostluq etmək çətindir. Siz dostlardan çox şey gözləyirsiniz və çox şey də verə bilərsiniz. Biz yəhudilər Sizə dost olmağı təklif edirik”.


Allahşükür Paşazadə bu dostluğu qəbul etdiyini bildirib.

Digər iştirakçıların çıxışlarından sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR