Novruz Məmmədov: “Azərbaycanla bağlı dərhal mövqe bildirməklə, Yaqland haralarasa "sədaqəti"nin sonsuz olduğunu göstərir”

Novruz Məmmədov: “Azərbaycanla bağlı dərhal mövqe bildirməklə, Yaqland haralarasa "sədaqəti"nin sonsuz olduğunu göstərir”
# 08 oktyabr 2015 15:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

N. Məmmədovun sözlərinə görə, Avropa Şurasının baş katibi Tyorborn Yaqlandın illərdir Avropada hüquqları pozulan miqrant və qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb:

“Amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür nəticəsiz qalmayıb - AŞ-nın baş katibi olub. Azərbaycanla bağlı dərhal mövqe bildirməklə, Yaqland şübhəsiz, haralarasa “sədaqəti”nin sonsuz olduğunu göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR