Nazir: İstanbulda partlayış zamanı yaralananlar arasında 12 əcnəbi var

Nazir: İstanbulda partlayış zamanı yaralananlar arasında 12 əcnəbi var
# 19 mart 2016 12:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İstanbulda baş vermiş partlayış nəticəsində yaralananlar arasında 12 əcnəbi var.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.

O bildirib ki, ölənlərin hamısı Türkiyə vətəndaşıdır.

“Partlayış nəticəsində 36 nəfər yaralanıb. 7 nəfərin vəziyyəti ağırdır. 4 yaralı isə əməliyyat olunur”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, yaralananlar arasında İsrail (6 nəfər), İsrail (1 nəfər), Almaniya (1 nəfər), İrlandiya (2 nəfər), İran (1 nəfər) və ABŞ (1 nəfər) vətəndaşları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR