Avropa İttifaqı Gürcüstanla imzalanmış assosiasiya sazişinin ratifikasiyasını yekunlaşdırıb

Avropa İttifaqı Gürcüstanla imzalanmış assosiasiya sazişinin ratifikasiyasını yekunlaşdırıb
# 24 dekabr 2015 15:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı assosiasiya sazişi Avropa İttifaqının bütün dövlətləri tərəfindən ratifikasiya edilib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib. “Brüsseldən yaxşı xəbərlər gəlib. Belçika ratifikasiya prosesini yekunlaşdırmayan sonuncu Avropa İttifaqı ölkəsi idi ki, o da artıq sazişi ratifikasiya edib”, - deyə D. Usupaşvili söyləyib.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişini 27 iyun 2014-cü ildə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR