Gələn il Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək

Gələn il Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçiriləcək
# 26 may 2016 17:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2017-ci ildə separatçı Cənubi Osetiya Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendum keçiriləcək.

APA-nın “RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq sənədi Cənubi Osetiya prezidenti Leonid Tibilov və parlamentin sədri Anatoli Bibilov imzalayıblar.

Sənəd prezident yanında Siyasi Şuranın iclasında qəbul edilib.

“Cənubi Osetiya xalqının maraqlarını rəhbər tutaraq, respublikanın 2017-ci ildə Rusiya Federasiyasının tərkibinə keçirilməsi barədə referendumun 2016-cı ilin 26 may tarixində keçirilməsini məqsədəuyğun bilirik”, - deyə imzalanan bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR