Cənubi Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 5-i erməni olub

Cənubi Sudanda qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 5-i erməni olub
# 04 noyabr 2015 13:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Cənubi Sudanın Cuba aeroportuna yaxın ərazidə qəzaya uğrayan yük təyyarəsinin ekipaj üzvlərindən 5-i erməni, 1-i isə rus olub.

APA-nın məlumatına görə, bu barədə Cənubi Sudan prezidentinin rəsmi nümayəndəsi bəyan edib.

İlkin məlumatlara görə, aviaqəza nəticəsində təxminən 40 nəfər həlak olub.

Cuba aeroportunun informasiya direktorunun sözlərinə görə, 3 sərnişin sağ qalıb. Bununla yanaşı, yerli KİV təyyarənin ferma ərazisinə düşdüyü üçün ölü sayının arta biləcəyini istisna etməyib.

Qeyd edək ki, bu gün qəzaya uğrayan An-12 yük təyyarəsi "Allied Services Limited" aviaşirkətinə məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR