Gürcü tarixçi: “Gürcüstanın müstəqilliyi uğrunda döyüşlərdə 520 azərbaycanlı həlak olub”

Gürcü tarixçi: “Gürcüstanın müstəqilliyi uğrunda döyüşlərdə 520 azərbaycanlı həlak olub”
# 16 mart 2016 12:41 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstanın müstəqilliyi uğrunda separatçılarla aparılan döyüşlərdə 520 azərbaycanlı həlak olub”.

Bunu APA-nın Gürcüstan bürosuna gürcü alim, tarix elmləri doktoru, professor Petre Qoçaqidze-Çaladideli bildirib. Onun sözlərinə görə, 520 nəfərin hamısı Gürcüstan vətəndaşı olan azərbaycanlıdır: “Çox sevinirəm ki, azərbaycanlılar bizim qonşuluğumuzda yaşayırlar. Azərbaycanlılar yaşadıqları ölkəyə heç vaxt namərdlik etməyiblər”.

O deyib ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi azərbaycanlıların Abxaziyada və digər bölgələrdə döyüşlərdə iştirakı barədə kitab yazmasını sifariş veriblər: "Bu barədə fakt çoxdur. Mən Yazacağım kitab ingilis, Azərbaycan və rus dillərində Azərbaycanda nəşr olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR