Şirvanda toyda faciə baş verib

Şirvanda toyda faciə baş verib
# 11 oktyabr 2015 21:25 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda toy şənliyində 77 yaşlı kişi dünyasını dəyişib.

APA-ın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə oktyabrın 11-də saat 23.00 radələrində Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Bakı şəhər sakini, Ağa Nemətulla küçəsində yaşayan, 1938-ci il təvəllüdlü Musayev Faiq Camaləddin oğlu toy şənliyində ürək tutmasından dünyasını dəyişib.

Onun meyiti müayinə üçün Şirvan şəhər “morq”una yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR